Azərbaycan millisi  DÇ-2018-in seçmə mərhələsi çərçivəsində bu gün Almaniya yığmasına böyük hesabla məğlub olub.

Mia.az xəbər verir ki, millimiz  4:1 hesabı ilə uduzub. 

Oyundakı yeganə qolumuzu 31-ci dəqiqədə Nazarov vurub. Almanlardan isə Şürrle (19,81),  Müller (36) və Qomez (45) fərqləniblər.

Qrupumuzdakı digər oyunda isə Çexiya San Marino komandasını darmadağın edib - 6:0.

Bu qələbə sayəsində Çexiya 2-ci sıraya yüksəlib. Millimiz isə 4-cü pillədə qərarlaşıb.