Bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü atılıb.
Mia.az xəbər verir ki, püşkatma nəticəsində aşağıdakı komandaların qarşılaşacaqları müəyyənləşib:
"Atletiko” (İspaniya) - "Lester” (İngiltərə)
"Borussiya” (D, Almaniya) - "Monako” (Fransa)
"Bavariya” (Almaniya) - "Real” (İspaniya)
"Yuventus” (İtaliya) - "Barselona” (İspaniya).
Xatırladaq ki, ilk oyun 11-12 apreldə, cavab qarşılaşmaları isə 18-19 apreldə keçiriləcək.
Mia.az