Bu gün Avropa Liqasında 1/8 final mərhələsində Türkiyənin "Beşiktaş” komandası möhtəşəm qələbə ilə tur adlayıb.
Mia.az xəbər verir ki, öz meydanında "Olimpiakos”u qəbul edən türk komandası səfərdəki 1:1-lik bərabərliyin əvəzini artıqlaması ilə çıxıb. 38-ci dəqiqədən Abubakarın meydanda qovulması ilə 10 nəfərlə mübarizə aparan "Beşiktaş" 4-1 qalib gəlib.
Oyunda qolları Abubakar 10-cu dəqiqədə (1:0), Babel, 22-ci dəqiqədə vurublar -2:0.
31-ci dəqiqədə isə yananlardan Elyounuossi fərqi azaldıb - 2:1). Babel 75-də hesabı 3:1-ə çatdırıb. Son qolu isə Cenk Tosun 84-cü dəqiqədə vurub.
Digər oyunda "Genk” (Belçika) "Gent”lə (Belçika) 1:1 hesabı ilə razılaşsa da ilk oyuna görə (5-2)mərhələ adlayıb.
Rusiyanın "Krasnodar” komandası isə səfərdə 2-1 uduzduğu "Selta”ya (İspaniya) 0:2 uduzmaqla, turnirə vida edib.
Mia.az