Şahin Diniyevin komandası ?Qarabağ?la matçdan imtina etdi
?Qarabağ? futbol komandasının Rusiya ?Terek?i ilə iyunun 23-də Türkiyənin paytaxtı Ankarada keçirilməsi nəzərdə tutulan oyunu baş tutmayıb.
Lent.az-ın Ağdam klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, buna ?Terek? rəhbərliyinin imtinası səbəb olub.
Hazırda Ankarada təlim-məşq toplantısında olan ?Qarabağ? iyunun 24-də Bakıya qayıdacaq. Ertəsi gün baş məşqçi Qurban Qurbanovun komandası Tofiq İsmayılov adına Suraxanı Qəsəbə stadionunda yoxlama oyununa çıxacaq. Saat 20:00-da başlanacaq matçda ?Qarabağ?ın rəqibi ?Olimpik-Şüvəlan? olacaq.
Komandamız Avropa Liqasının I təsnifat mərhələsində Makedoniya ?Metallurq?u ilə ilk görüşünü iyulun 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək. Görüş saat 21:00-da başlanacaq.
Qeyd edək ki, ?Terek?də baş məşqçi köməkçisi vəzifəsində çalışan Şahin Diniyev 2001-2004-cü illərdə ?Qarabağ?a rəhbərlik edib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11