UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində növbəti qarşılaşmalar baş tutub. 

Mia.az xəbər verir ki, ilk oyunda 0-4 hesabı ilə məğlub olan "Barselona” klubu cavab qarşılaşmasına yüksək əhval-ruhiyyə ilə çıxmışdı. 

Bunun nəticəsi olaraq, katalonlar "PSJ”ni 6:1 hesabı ilə məğlub edərək, növbəti mərhələyə adlayıb. 

Günün digər qarşılaşması  Dortmundun "Borussiya” klubu öz meydanında "Benfika”nı qəbul edib. İlk oyunda 0:1 hesablı məğlubiyətlə üzləşən almanlar cavab matçında rəqibini darmadağın edib -  4:0.