Azərbaycanın daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Mia.az "Report"a istinadən xəbər verir ki, Səbail Rayon Polis İdarəsinin (RPİ) əməliyyat işləri üzrə rəis müavini polis polkovniki Füzuli Hümbətov vəzifəsindən azad olunub. 

O, Daxili İşlər Nazirliyinin (DİN) Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin (QMQMİ) rəisi vəzifəsinə təyin edilib.

QMQMİ-nin keçmiş rəisi polis polkovniki Azər Məmmədov isə DİN-də başqa vəzifəyə təyinat alıb.

Xatırladaq ki, Füzuli Hümbətov Konstitusiya Məhkəməsində şöbə müdiri işləyən Akif Hümbətovun qardaşıdır. Onun digər qardaşı Sahib Hümbətov etdiyi qanunsuz hərəkətlərə görə nazir Ramil Usubov tərəfindən ötən il Qaradağ Rayon Dövlət Yol Polisi idarəsindəki vəzifəsindən çıxarılıb. 

Mia.az