Bu gün Türkiyə Super Liqasında "Qalatasaray" lider "Beşiktaş"ı qəbul edib. 

Mia.az xəbər verir ki, "Türk telekom arena"da keçirilən oyunun birinci hissəsində qol vurulmasa da, görüşün 47-ci dəqiqəsində Talişkanın vurduğu qolla "Beşiktaş" minimal hesabla qələbə qazanıb - 0-1.

Bu qələbə sayəsində "Beşiktaş" liderlikdəki mövqeyini bir qədər də möhkəmləndirib. Hazırda 3-cü pillədə qərarlaşan "Qalatasaray"ın lidrlə aralarındakı xal fərqi 10-ça çatıb.

Mia.az