"Fənərbaxça"nın Avropa Liqasının tərk etməsindən sonra böyük ümidlərlə baxılan "Beşiktaş" Avroliqanın 1/16 mərhələsinin cavab görüşündə İsrailin "Hapoel” komandasını evində də məğlub edib.
Mia.az xəbər verir ki, türk komandası revanş matçinda 2-1 qalib gəlib.
Qeyd edək ki, ilk oyun İsraildə keçirilib və "Beşiktaş" 3:1 hesabı ilə qalib gəlmişdi
Onu da qeyd edək ki, bu gün Türkiyənin daha bir komandası "Osmanlıspor”un səfərdə 0-0-lıq nəticəylə döndüyü "Olimpiakos”la evindəki qarşılaşmadan üzüağ çıxacağı proqnozlaşdırılsa da, türk klubu Yunanıstan komandasına böyük hesabla məğlub olub. Bununla da Avroliqayla vidalaşıb - 0:3
Bundan sonra turnirdə Türkiyəni yalnız "Beşiktaş" təmsil edəcək. Türk klubunun hansı komanda ilə qarşılaşağaı isə fevralın 24-dəki püşkatmada müəyyənləşəcək.
"Beşiktaş"ın qalib gəldiyi bugecəki oyundakı qol epizodları ilə tanış olun: