?Neftçi? klubunun rəhbərliyi Zaur Tağızadəni xarici ölkələrdən birində təhsil almağa göndərmək istəyir. Bu barədə Qol.Az-a açıqlamasında paytaxt klubunun baş məşqçisi Arif Əsədov məlumat verib. Onun sözlərinə görə, Samir Əliyevlə birgə yeni mövsümdən heyətdə yer almayacaq bu futbolçunun ?Neftçi?nin məşqçilər korpusunda işləməsini istəyirlər: ?Klubumuzun prezidenti Sadıq Sadıqov başda olmaqla, hər birimiz bu komandanın şərəfini uzun illər qorumuş Zaurun buradakı fəaliyyətini davam etdirməsində maraqlıyıq. Ona seleksiyaçı-məşqçi vəzifəsini təklif etmişik. Bizim yanımızda olub, bu fəaliyyətini yerinə yetirməklə yanaşı, yaxın gələcəkdə Tağızadəni xarici ölkələrdən birində təhsil almağa göndərmək planlarımız da var. Lakin təəssüf ki, hələlik o bizə dəqiq bir cavab vermək istəmir. Hər halda gözləyirik. Ümidvarıq ki, Zaur təklifimizi müsbət cavablayacaq və ?Neftçi?nin gələcək uğurlarında pay sahibi olacaq?.