Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması ilə bağlı sərəncam imzalayıb

Prezidentin digər sərəncamı ilə isə rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsinə təyin olunub.

Hazırda hamı üçün maraqlı olan məsələlərdən biri isə Ramin Quluzadənin nəqliyyat üzrə müavininin kim olacağıdır.

Avropa.info-nun Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki mənbələrdən əldə etdiyi məlumata görə, bu posta Ziya Məmmədovun birinci müavini olmuş Musa Pənahovun təyinat alacağı gözlənilir.

bitmap-img6

Musa Pənahov