Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə hökumət Komissiyasının sədri Şahmar Mövsümovun və MHŞT üzrə QHT Koalisiyasının üzvlərinin iştirakı ilə geniş tərkibli görüş keçirilib.

ARDNF-dən Mia.az-a verilən məlumata görə, görüşdə 50-dən çox QHT nümayəndəsi iştirak edib.

Məlumatda bildirilib ki, görüşün keçirilməsində əsas məqsəd müxtəlif maraq qruplarını təmsil edən Koalisiya üzvlərini bir masa arxasında toplayaraq onların açıq dialoq aparmasına şərait yaratmaq, Çoxtərəfli Qrupda (ÇQ) təmsilçilik və ümumi idarəetmə ilə bağlı yaranmış fikir ayrılıqlarının sərbəst müzakirəsi üçün platformanı təşkil etmək, eləcə də MHŞT tərəflərinin səmərəli, sağlam əməkdaşlığının davam etdirilməsinə dəstək verməkdən ibarət olub.