Bu gün mətbuatda Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Növbətçi hissəsinin sürücü-polis nəfəri Əliş Kərimovun ona təhkim olunmuş xidməti avtomobili idarənin yaxınlığında yol kənarında saxlayaraq öz rəhbərliyinə xəbər vermədən naməlum istiqamətdə getdiyi və yoxa çıxdığı barədə xəbər yayılıb. 

Avtosfer.az-ın məlumatına görə, xidməti avtomobili küçədə nəzarətsiz qoyan, rəhbərliyə məlumat vermədən xidmət yerini tərk edən həmin polisin xeyli miqdarda borcu varmış. Eyni zamanda, Topaz-da da külli miqrdarda pul uduzub. Artıq onun daxili işlər orqanlarından xaric edilməsi məsələsi müzakirə olunur.

Ə.Kərimov YPX əməkdaşı deyil, o, DYP-nin növbətçi hissəsində sürücü işləyir. Polis serjantıdır.