Bakının Pirşağı qəsəbəsində Qızılqum Sanatoriyasında məskunlaşmış Şuşa və Laçından olan məcburi köçkünlər elektrik sayğaclarının quraşdırılmasına qarşı etiraz aksiyası keçirirlər.
 
Yeniçağ.az-ın məlumatına görə, aksiya iştirakçıları məskunlaşdıqları yerlərdə elektrik sayğacları quraşdırılmasının iqtisadi vəziyyətləri onsuz da ağır olan məcburi köçkünlərin həyatını dözülməz edəcəyini bildirirlər. 

Aksiyaya çıxan məcburi köçkünlər məmurlara xitabla "Siz nə etdiniz ki, sizin günahınızı biz çəkməliyik”, - deyiblər.