Azərbaycanda müəllimin şagirdi ilə intim münasibətdə olduğu üzə çıxıb.

Mia.az ölkə.az-a istinadən xəbər verir ki, hadisə Bakı məktəblərindən birində baş verib.

Əldə etdiyimiz məlumata görə, məktəbdə müəllim işləyən Nazilə Məmmədova (ad şərtidir-red.) 15 yaşlı şagirdi Tofiq Əhmədov ilə (ad şərtidir-red.) bir neçə aydır intim münasibətdə olurmuş. Məsələdən xəbər tutan şagirdin anası bununla bağlı məktəb rəhbərliyinə və hüquq-mühafizə orqanlarına müraciət edib.

Həmçinin qeyd edilir ki, sözügedən müəllimin həyat yoldaşı yetərincə tanınmış və nüfuzlu şəxsdir.

Hazırda iş təhqiqatda olduğu üçün müəllimin kimliyini açıqlamırıq. 

Mövzunu diqqətdə saxlayacağıq.