"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola şəxsi həyatı ilə gündəmə gəlib. İspaniyalı mütəxəssis rusiyalı model Viktoriya Lopıryova ilə "yaxalanıb”.
Çempionlar Liqasının 1/8 final mərhələsindəki rəqibləri "Monako”nun Fransa çempionatının XXII turunda PSJ ilə səfər matçını izləmək üçün Fransaya gedən Qvardiolanın teleaparıcı ilə görüntülənməsi və cütlüyün səmimi olması müxtəlif söz-söhbətlərə səbəb olub.
İspaniya KİV-i 46 yaşlı mütəxəssisin özündən 12 yaş kiçik modellə sevgili olduğunu iddia edib. Lopıryova "Instagram" səhifəsində Qvardiola ilə birlikdə çəkilən şəklini paylaşıb.
Qeyd edək ki, rusiyalı futbolçu Fyodor Smolovun keçmiş həyat yoldaşı olan Viktoriya Lopıryova eyni zamanda gələn il Rusiyada keçiriləcək dünya çempionatının səfiridi.(İstipress)


