"Fənərbaxça” prezidenti Aziz Yıldırım sui-qəsdlə hədələnib. 

Bu barədə Türkiyə mətbuatı xəbər yayıb.
 
Bildirilib ki, Yıldırıma bir müddət əvvəl Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən xəbərdarlıq edilib. O isə bu xəbərdarlıqdan nəticə çıxararaq bəzi tədbirlər görüb. 

Hətta ölkə mətbuatı iddia edir ki, klub prezidenti bir aydır zirehli avtomobildə gəzir.
 
Ona dövlət tərəfindən rəsmi qorumalar da təyin edilib.

APA