?Xəmsə? Milli intellektual oyununun finalı keçiriləcək
Gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdıran, onlar arasında bilik və elmin nüfuzunu artıran, eləcə də asudə vaxtlarının səmərəli
təşkili istiqamətində yeni üsullar tətbiq edən ?Xəmsə? Milli intellektual oyununun
final mərhələsi 3 iyun 2010-cu il tarixdə keçiriləcək.
Gənclər və İdman Nazirliyi və ?Gənclərin İntellektual İnkişaf Mərkəzi? İctimai
Birliyinin təşkilatçılığı ilə keçirilmiş çempionatın rayon (şəhər) və zona seçim
turları artiq baş tutmuşdur. Zona seçim turlarında qalib gəlmiş komandalar Final
mərhələsində iştirak etmək hüququ qazanmışlar.
Final mərhələsində iştirak etmək hüququ qazanmış komandalar:
1. Gənc ariflər komandası (Ağstafa rayonu)
2. Darülfün komandası (Göygöl rayonu)
3. Ümid komandası (Cəlilabad rayonu)
4. Hərrum komandası (Bərdə rayonu)
5. Turan komandası (Oğuz rayonu)
6. İntibah komandası (Şəki şəhəri )
7. Ziyalı komandası (Ucar rayonu)
8. Akademiya komandası (Qubadlı rayonu)
9. Çıraq komandası (Siyəzən rayonu)
10. Mil komandası (Beyləqan rayonu)
11. Vendetta (Səbail rayonu)
12. Artosfera komandası (Xətai rayonu)
13. Odlar Yurdu komandası (Abşeron rayonu)
14. Sumeranq komandası (Sumqayıt şəhəri)
15. Ərgünəş komandası (Füzuli rayonu)
16. Uğur komandası (Qəbələ rayonu)
Qalib komandalar diplomlarla və qiymətli hədiyyələrlə təltif olunacaqlar. Ümumilikdə
yarışda 16 komandanın 80 üzvü iştirak edəcək.
Yarış 03 iyun 2010-cu il, saat 15:00-da ?Park İnn? Mehmanxanası, ?Dan Ulduzu?
zalında olacaq.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11