Məhəmməd Talıblı, İqtisadçı
Mənə sual versələr ki, ölkədə ən ciddi uğur brendləri hansıdır? Deyərəm: ASAN və UNEC!
Bu pilot layihələri fərqli biçimdə, tamam orijenal obrazda və performansda görünür. Çünki, bunların hər birində elə uğurlu fəaliyyət sezirəm ki, onları qiymətləndirməmək mümkün olmur.
Məlum həqiqətdir ki, obyektiv insan təkcə nöqsanları deyil, uğurları da söyləməyi bacarmalıdır. Çünki, həqiqət bir vektorlu mülahizələrdeyil. Onun spektində hər rəngin öz adı var. Bu mənada həqiqət çox zaman rənglərin müxtəlifliyində olur. Fəlsəfi baxımdan yanaşsaq, həqiqəti bir rəngdə deyil, çalarlarda axtarmaq lazımdır.Hər şeyi yalnız qara rəngdə gördünsə, sənin hər şeyi tərifləyən yaltaqdan fərqin olmayacaq. Əgər əlindəki çəkikdirsə, o zaman hər şey sənə mismar kimi görünəcək. (Lütfü-zadə) Doğruları hər zaman çəkinmədən dedinsə, o zaman "tikanların” da "gül” kimi görünəcək.
Bu mənada gözümüzün qarşısında ali təhsil müəssisələri içərisində - məhdud bir sferada sanki uğurlubir pilot layihənin üstünlüklərin görüb, qarayaxmamalaralaqeyd qalmaq doğru olmaz. Çünki, az-çox məlumatlısan və nələrin baş verdiyini soyuqqanlılıqla dəyərləndirmək imkanına maliksən. Bəzi media qurumlarında İqtisad Universitetindəki son dəyişikliklərlə bağlı məqsədliqarayaxma kompaniyasında gedən yazıları görməmək olmur. Fikrimcə, ciddi dəyişiklərə olan qısqanc münasibət universitetdaxili yeniliklərin ruhu ilə bağlıdır.
Bilirik ki, yeniliklər heç zaman asan qəbul edilmir. Bu yeniliklər merkantilist maraqlara toxundusa, həmin maraqların daşıyıcıları olan şəxslər dönüb olacaq düşmən. Ona görə, reformaların bütün zamanlarda tam olaraq ictimai dəstək qazanması çətin olur. Maraqları zərbə altına düşmüş və köhnə vərdişlərdən əl çəkmək istəməyən həmin klançılar yeni işlərə qara yaxacaqlar. İqtisad Universiteti ilə hansısa əlaqəsi olanlar (övladı təhsil alan, yaxınları işləyən və s.) tam çılpaqlığı ilə bilir ki, universitetdə hansı dəyişiklər gedir. Mənim də müşahidə etdiyim qədər bu müsbət dəyişikliklər bir neçə istiqamətdə baş verir.
Yeniliklər ənənəvi qaydaları sıradan çıxarır. İctimai rəydə hamının "Narxoz” kimi tanıdığı insitutda oturuşmuş klanlar olub. Belə bir klanların güclü olduğusistemdə dekan oğlu dekan, kafedra müdirinin qızı mərkəz rəhbəri, prorektorun yeznəsi mühasib və bu kimi yaxın əlaqələrlə oturuşmuş sistem mövcud olub. Obrazlı desək, simbioz formada toxunmuş sanki bir xalça var. Həmin toxunmuş xalçanın ilmələrini açmaq asan deyil. Yerində olmayanlardan yerini və yanaşmasını dəyişmək xahişi(hətta tələbsiz) sərt reaksiya və müqavimətlə qarşılanır. Bu zaman yeniliklərin doğurduğuislahat təşəbbüsü klanların diskomfortu ilə müşahidə olunur. Çünki, yeni qaydalar insanları layiq olduğu rəfə qoyulmasını tələb edir. Həmin rəflərdə yer almayanlar və mövqelərini itirənlər isəindidən səs-küy salmağa başlayıblar. Bu qarayaxma kompaniyasında daha çox həmin klanların ayaq səsləri eşidilir.
Müəllimin subyektiv rəyindən azad olan tələbə xarakteri formalaşır. Tələbələri müəllimlər semestr ərzində50 ballıq şkala üzrə maksimum 20 bal (10/10) səviyyəsində qiymətləndirmək imkanına malik ola bilir. Digər 60 faizlik qiymət balını ona komputerlə üz-üzə əyləşəndə əldə edir. Müəllim, tələbəyə yalnız bilik verməklə kifayətlənir. Ona qiyməti komputer verir. Deməli, tələbə müəllimin subyektiv münasibətindən asılı olmayacaq vəziyyətə gəlməklə dik duruşlu şəxsiyyət formalaşması prosesi baş verir. Onun biliyini komputerlər test edir. Ona görə semestr ərzində bütün tələbələr çalışır. Daha müəllimdən xahiş edəcək şəxs axtarmır. Çünki, bu yol bağlanıb.
İmtahanlar universitetdən kənar təhsil ekspertlərinin müşahidəsi əsasında aparılır. Bu imtahan prosesinə tələbələri tanıyan müəllimlər deyil, tamam kənar – onların heç vaxt üzünü görmədikləri şəxslər nəzarət edir. Onların hər hansı bir narazılığını da kənar şəxslər qiymətləndirir. Bu maraqlar konfliktini aradan qaldıran əsas mexanizmdir. Tələbələr hətta özlərinin müxtəlif narazılıqlarını həmin şəxslərə bildirə bilirlər. Bu sistem vasitəsilə nəinki müəllim tələbəni qiymətləndirmir, əksinə sessiyanın sonunda tələbələr müəllimlərin dərs keyfiyyətini anonim qiymətləndirmək imkanına malik olur. Tətbiq olunan bu mexanizm Baloniya sisteminin əsas xüsusiyyətidir.
Ümidverici gənclər vəzifələrə gətirilir. Bütün çirkablıqlara bataraq qocalıq yaşında vəzifəyə gələn şəxs içində yaşatdığı dəyərləri uzun illər boyu deformasiyaya uğradır, sonra isə vəzifədəyalnız çirkli işlər üçün yararlı ola bilir. Lakin əvvəldən həmin çirkabın nə olduğunu bilməyən savadlı gənc kadrlar irəli çəkiləndə bu fərqli nəticələrə gətirib çıxarır. Bu qəbildən olan çoxlu sayda çalışqan, dürüst və peşəkarlığı ilə seçilən kadrlar heç bir dayaqsız irəli çəkilir. Onlar şənbə günləri işləyir, mütəmadi məqalələr yazır, yeni medianın imkanlarından faydalana bilirlər. Onların varlığını tez-tez hiss etmək olur. ("Diskurs.az”)
Yeni rektor obrazının doğurduğu məmnunluq. Rektor olan insan təkcə yönəldici deyil, həm də yaradıcı şəxs olmalıdır. Çox şükür ki, ali təhsil müəssisələri içərisində Ədalər Muradov, Hamlet İsaxanlı, Cəfər Cəfərovkimi rektor deyilə biləcək şəxslər var. Bunlarla heç bir şəxsi münasibətlərim də yoxdur. Amma onların təhsillə bağlı baxışları, yaratdıqları standartlar, intelektual çıxışları, mədəniyyət göstəriciləri tamam fərqli rektor obrazının mesajını verir. Bunu görməmək mümkün deyil.
Əməkhaqqı sistemində əhəmiyyətli artımlar baş verib. Əvvəlki universitet büdcəsidir, amma hazırda dekanlar, kafedra müdirləri əvvəlki illərlə müqayisədə 3-4 dəfə daha artıq əməkhaqqı alırlar. (1500-2000 manat) Müəllimlərin orta aylıq əmək haqqısı müəyyən faizlərlə artırılır. Digər ali təhsil müəssisələri ilə müqayisədə daha yüksək əmək haqqı yenə də bu universitetdə verilir.
Universitet "ölü canlardan” yaxasını qurtarır. Əvvəllər nazirdən tutmuş deputata qədər bir çox vəzifəli şəxslərin bir neçəsi həm universitetdə kafedra müdiri və ya digər yüksək vəzifələrdə saxlanılırdı. Onları günorta çıraqla da axtarsaydın, tapa bilməzdin. Onları toxunmaq belə ağıllardan keçməzdi. Bele yüksək təmsilçiliyi olan 15-ə yaxın vəzifəli şəxs universitetdən uzaqlaşdırılıb. Bu rəhbər şəxslərlə heç də yaxşı olmayan münasibətlərin yaranması deməkdir ki, bu da özündə risk yaradıcı amilləri ehtiva edir. Fikrimcə, belə cəsarətli addımlar təqdir olunmalıdır.
Müəllimlər arasında yarış mühiti yaranıb. Diferensional əmək haqqı sistemi yaradılması ilə ən yaxşı 100 müəllim seçilir (yeri düşmüşkən orada bəzi dəyişiklərə ehtiyac var). Həmin yüzlüyə düşən müəllimlərə daha yüksək əmək haqqı təyin olunmaqla peşəkarlıq stimullaşdırılır. "Lider müəllim” müsabiqəsi keçirilirərək açıq dərslərdəoturmaqla daha peşəkarları qiymətləndirmək sistemi mövcuddur. Həmin "lider müəllim”ləri qiymətləndirmə komissiyası fəaliyyət göstərir.
Universitet müəllimləri üçün beynəlxalq əlaqələr intensivləşib. Yaşlı müəllimlərdən nə zaman sonuncu dəfə hansı elmi konfransda olduğunu soruşanda, məyusluqla "heç harda” deyərdi. İndiuniversitetin əməkdaşlarının xarici ölkələrdə mütəmadi elmi mübadilə proramlarında iştirak gündəlik normaya çevrilir. Bu haqda davamlı informasiyaları UNEC-in saytına daxil olmaqla demək olar ki, hər həftə görmək olur. Bu yaxınlarda dünya miqyaslı məşhur TED layihəsini universitetə gətirilərək TED_UNEC təqdimat formatının həyata keçirilməsi buna əyani misaldır.
Universiteti dünya səviyyəli "Nobel”çilərmütəmadi ziyarət edir. İqtisadiyyat üzrə "Nobel”çı Piter Daylmondla və "sosial biznes” nəzəriyyəsinə görə digər "Nobel” mükafatı alan Muhammad Yunusla və bu kimi çoxsaylı görüşləri bura əlavə etmək olar. Əvvəllər müxtəlif dillərdə yazılaraq əldə olunan ədəbiyyatlar indi doğma dilimizə tərcümə olunur. Yeri düşmüşkən, sonuncu oxuduğum həmin tərcümələr içərisində M.Yunusun "Kasıbların bankiri” əsəri bu seriallardan idi.
Dissertasiya müdafiəsində "tıxac” yaradıcı buzlar əridi.Yüksək vəzifəli şəxslərin özlərinin də çox hallarda mahiyyətindən xəbəri olmayan dissertasiya işlərinin müdafiəsi dəb şəklin almışdı. Omrünü elmi işlərə sərf edən çoxsaylı istedadlı gənclər müdafiə növbəsində bir neçə ilini itirəndən sonra yorulub sonda həmin işdən imtina edib gedirdilər. İndi elmi şurada dissertasiya işlərinin növbəsiz müzakirəsi əlçatandır. Etibarlı kadrlar hesabına əvvəlki neqativ hallar tarixin arxivinə göndərilib. Əslində bu tıxacın açılması elmi nəticələrin keyfiyyətlərinin artırılmasıyolundaçox böyük resursdur.
Təbii ki, çoxsaylı müşahidələrin sayını bir az da artırmaq olar. Amma əsas məsələ faktların çoxluğunda yox, daha çox tendensiyanın pozitivliyindədir. Bu istiqamətdə olan təşəbbüslər daha çox ictimai dəstək qazanmalıdır ki, müsbət dəyişikliklər dərinləşsin, yarıda dayanmasın. Çünki, bir cəmiyyətineqativləri tənqid etməklə,pozitivləri təqdir etməkdə irəli aparmaq olar. Hətta elə danışa və iş görə bilərsən ki, hətta sənin həqiqətlərin hamı tərəfindən etiraf olunacaq hala gələ bilər. Çünki, doğru iş və söz doğrulara acı deyil!