Maraqlı oyun oldu, bu gün futbolçularımın istəkli olması vacib idi, bu oyunda da istək daha çox idi. Rəqib də ilk dəqiqələrdən yaxşı mübarizə apardı".

Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun 1/4 finalında "Sumqayıt"a 5:2 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

O, futbolçularına təşəkkür edib:

"Ağır bir ili birlikdə geridə qoyduq. Bu il bizim üçün təcrübə ili oldu. Sonda hər birinizə xoş istirahətlər arzulayıram".

Qol.az