AFFA hörmətsizlik edən ?Xəzər Lənkəran?ı cəzalandırdı
AFFA-nın inzibati binasında qurumun İntizam Komitəsinin növbəti iclası keçirilib. Müzakirə olunan əsas qarşılaşma mayın 23-də Respubluka stadionunda keçirilən ?Bakı? və ?Xəzər Lənkəran? arasında oynanılan ölkə kuboku uğrunda final matçı olub.
İclasda AFFA və PFL ?Xəzər Lənkəran? klubunun futbolçularının oyundan sonra təltifetmə mərasiminə qatılmamalarını azarkeş və rəqibə hörmətsizlik kimi qiymətləndiriblər. ?Xəzər Lənkəran? bu hərəkətinə görə İntizam Komitəsi tərəfindən 5000 manat cərimələnib.
Xatırladaq ki, ölkə kubokunun final qarşılaşmasında ?Bakı? əlavə vaxtda ?Xəzər Lənkəran?a 2:1 hesabı ilə qalib gəlmişdi. ?Xəzər Lənkəran?lı futbolçular ?Bakı?nın ilk qoluna etiraz edərək onun qaydalar çərçivəsində vurulmadığını iddia edirdilər.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11