Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov 27 dekabr 2016-cı il tarixində saat 10:00-da Zərdab şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Zərdab şəhəri Heydər Əliyev prospekti) Zərdab, Bərdə, Tərtər, Ucar, Xocavənd və Laçın rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Mia.az nazirliyə istinadən xəbər verir ki, qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün info@eco.gov.az və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 "Qaynar xətt”i ilə əlaqə saxlaya bilərlər:
"Həmçinin 6 saylı ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinə (Göyçay şəhəri, Rauf İsayev 42) müraciət etmələri (əlaqə telefonları: 020-27-4-53-69, 050-556-86-09, 050-525-66-62) xahiş olunur".