Bu gün İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atılıb.
Mia.az xəbər verir ki, püşkatmaya əsasən, aşağıdakı komandalar üz-üzə gələcəklər:
"Mançester Siti" (İngiltərə) - "Monako" (Fransa)
"Real” (İspaniya) - "Napoli” (İtaliya)
"Benfika” (Portuqaliya) - "Borussiya” (Dortmund, Almaniya)
"Bavariya” (Almaniya) - "Arsenal” (İngiltərə)
"Porto” (Portuqaliya) - "Yuventus” (İtaliya)
"Bayer” (Almaniya) - "Atletiko” (İspaniya)
PSJ (Fransa) - "Barselona” (İspaniya)
"Sevilya” (İspaniya) - "Lester” (İngiltərə).
Xatırladaq ki, 1/8 final mərhələsinin ilk oyunları gələn ilin fevralında, cavab oyunları isə mart ayında keçiriləcək.
Mia.az