Lənkəranda Heydər Əliyevin vəfatının 13-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Lənkəran şəhər İcra Hakimiyyətindən Mia.az-a verilən məlumata görə, İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov H. Əliyevin abidəsini ziyarət edib və abidənin önünə qərənfil dəstələri qoyub.
Sonra İcra aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının, ictimaiyyətin nümayəndələri abidənin önünə gül dəstələri düzüblər.
Lənkəran şəhərindəki Heydər Əliyev Xatirə Parkında onun şərəfinə ucaldılmış abidənin önünə gül dəstələri qoyulub və xatirəsi yad edilib.
