Bu gün Avropa Liqasının qrup mərhələsinə yekun vurulub.

Təmsilçimiz "Qarabağ”da qrupda sonuncu və həlledici oyununa çıxıb.

Qurban Qurbanovun komandası Bakıda İtaliyanın "Fiorentina” klubunu qəbul edib. Ağdam klubu bu görüşdə 1:2 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.  "Qarabağ" qrupu 3-cü pillədə bitirib. "Fiorentina" isə qrupu birinci pillədə başa vurub.

Digər oyunda PAOK "Slovan"a 2:0 hesabı ilə qalib gələrək  qrup ikincisi kimi növbəti mərhələyə yüksəlib.

Qol.az