Astara Pedoqoji Kollecində dünəndən başlayaraq, yeni direktor Yusif Şahnamazov dindar tələbələrə qarşı qadağalar tətbiq etməyə başlayıb.

Bu barədə Mia.az-a adının çkilməsinii istəməyən tələbələrdən biri məlumat verib.

Onun sözlərinə görə, direktorun əmri ilə başı örtülü, hicablı qız tələbələrə dərsdə ola-ola qaib yazılıb:

"Direktorun adıyla kolecdə elan olunub ki, bu tapşırıq Təhsil Nazirliyindən verilib və dərsə hicabla gələnləri buraxmayacaqdır".

Məsələ ilə bağlı Təhsil Nazirliyindən münasibət öyrənə bilmədik.

Qarşı tərəfləri də dinləməyə hazırıq.