Avropa Liqasında qrup mərhələsinin V turu çərçivəsində "Qarabağ” bu gün səfərdə "Slovan”ın qonağı olub.
Mia.az xəbər verir ki, komandamız gözlənilmədən böyük hesabla uduzub - 3:0.
Məğlubiyyətə baxmayaraq, "Qarabağ" qrupdan cıxmaq şansını növbəti - son oyuna saxlayıb. Lakin komandamızın son rəqibi İtaliyanın "Fiorentina" komandasıdır. Əgər "Qarabağ" güclü rəqibinə Bakıda qalib gəlsə, digər oyunun nəticəsindən asılı olmayaraq 1/16 final mərhələsinə vəsiqə qazanacaq.
Komandamız heç-heçə nəticəsində də qrupdan çıxa bilər. Bunun üçün PAOK - "Slovan" oyunu ya bərabərliklə bitməli, ya da Çexiya təmsilçisi qalib gəlməlidir.