Bu gün Avropa Liqasında qrup mərhələsinin V turunun oyunları keçirilib. 

Mia.az xəbər verir ki, təmsilçimiz "Qəbələ” "Bakcell Arena”da "Anderlext”i sınağa çəkib. Oyunun ilk hissəsində qonaqlar hesabı açsalar da, qəbəlilər bu qoldan 4 dəqiqə sonra, yəni 15-ci dəqiqədə penalti zərbəsiylə hesaba tarazlıq gətirib - 1-1.

İkinci hissədə güclü rəqibi qarşısında hesabda irəli çıxmaq şansı yaxalayan komandamız fürsətdən istiffadə edə bilməyib. Belə ki, 72-ci dəqiqədə "Qəbələ"li Rikardinyo bu dəfə penaltini yerinə yetirə bilməyib. Oyunun 90 və 90-cı dəqiəsinə əlavə edilmiş dəqiqələrdə isə qonaq komanda 2 cavabsız qol vurub. Beləliklə oyun bu hesabla bitib - 1:3.

"Anderlext” bərabarə qalsa da, növbəti mərhələyə vəsiqəni təmin etmiş olub. Komandamız isə bu bərabərliklə qrupdakı 5-ci oyununda da xal qazana bilməyib.

Qeyd edək ki, bu gün "Qəbələ" ilə eyni saatda "Fənərbaxça" evində Ukraynanın "Zorya" komandasını qəbul edib. "Mançester Yunayted"in, "Feynerood"un olduğu qrupda lider olan "Fənərbaxça" 2-0 qalib gələrək, rəqiblərinin nəticəsindən aslı olmayaraq, növbəti mərhələyə vəsiqəni təmin edib.

Qeyd edək ki, bu gün "Qarabağ"da tarixi oyuna çıxacaq. Hmin oyun bir azdan başlayacaq.

Mia.az