Ağasəlim Mircavadov ?Xəzər Lənkəran?a ziyan vurdu
AFFA-nın İntizam Komitəsinin növbəti toplantısı keçirilib. Peşəkar Futbol Liqasından verilən məlumata görə, toplantıda Unibank Premyer Liqasının XXXII turunun "Xəzər Lənkəran" - "Bakı" matçı da müzakirə edilib.
"Bakı" klubunun 4 futbolçusu bu qarşılaşmada sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Bundan başqa, matçdan sonra "Xəzər Lənkəran" klubunun baş məşqçisi Ağasəlim Mircavadovun mətbuat konfransında iştirak etmədiyinə görə klub 1000 manat cərimə olunub.
Xatırladaq ki, ?Xəzər Lənkəran? ? ?Bakı? matçı 1:0 hesabı ilə qonaqların xeyrinə nəticələnmişdi.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11