Boccia idman növü üzrə III "SENİ CUP" turniri keciriləcək.
Milli Paralimpiya Komitəsindən (MPK) Mia.az-a verilən məlumaa görə, MPK tərəfindən 2013-cü ildən Boccia idman növünün təbliğinə başlamış və xeyli sayda fiziki imkanları məhdud gənc və uşaq bu idman növünə cəlb olunub.
"Bu idman növü sürətlə inkişaf etdirilərək İstedadlı Əlillər İB-də, Əlil idmançılara dəstək İB-də, Boccia idman klubu MMC-də, 1 saylı Saglamlıq imkanları mədud gənclərin Peşə Reabilitasiya Mərkəzində, Sun Light İB-də, Gülsan İB-də, Arabaçı Tv MMC-də, Əlillərin beynəlxalq əməkdaşlığı uğrunda cəmiyyətdə, Naxçıvan MR Paralimpiya Federasiyasında və Uşaq Paralimpiya Komitəsində boccia idman komandaları formalaşmışdır.
Boccia idman növünün təbliği və inkişafı məqsədi ilə Milli Paralimpiya Komitəsi və " Seni” firmasının dəstəyi ilə I və II " SENİ CUP” turniri keçirilmişdir. Görülmüş işlərin davamı olaraq, 14 dekabr 2016-cı il tarixdə saat 11.00-da Bakı idman kombinatında (Əl Oyunları İdman sarayı) boccia idman növü üzrə III "SENİ CUP" turniri keçiriləcəkdir. Turnirdə 10 təşkilatdan altmışa yaxın idmançı iştirak edəcəkdir".