Elnur Məmmədli Dünya Kubokunun qalibi oldu
Misirin paytaxtı Qahirə şəhərində cüdo üzrə Dünya Kuboku keçirilib. Yarışda iştirak edən Azərbaycan yığma komandası 1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb.
Komandamızın heyətində qızıl medala Olimpiya çempionumuz Elnur Məmmədli layiq görülüb. O, 81 kq çəki dərəcəsində hamıdan güclü olub.
Komandamızın heyətində gümüş medallara Tərlan Kərimov (66 kq) və Elxan Məmmədov (90 kq) sahib çıxıb. Komandamızın aktivinə bürünc medalları isə Elxan Rəcəbli (81 kq) və Ramilə Yusubova yazdırıb (63 kq).
Xatırladaq ki, Misirdə keçirilən cüdo üzrə Dünya Kuboku yarışları Olimpiya Oyunlarına lisenziya xalları verirdi.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11