Bu gün Azərbaycan millli komandası DÇ-2018-in seçmə mərhələsində səfərdə Şimali İrlandiya ilə qarşılaşıb.

Mia.az xəbər verir ki, buna qədər keçirilən 3 oyunda məğlub oilmayan və Almaniyadan sonra qrupda 7 xalla ikinci pillədə qərarlaşan Azərbaycan millisi ev sahiblərinin hücumları qarşısında duruş gətirə bilməyib.

Oyuna fəal başlayan irlandlar birinci hissədə Lafferti (27) və MkAuleyenin (40) qolları ilə önə çıxlblar - 2:0.

İkinci hissənin ilk 10 dəqiqəsində xoş təsir bağışlayan millilərimiz iki əlverişli fürsətdən yararlana bilməyib. Ancaq irlandlar yaxaladığı fürsətləri də dəyərləndirməyi bacarıblar. Beləliklə, 2-ci hissədə də 2 qol vuran Şimali İrlandiya milliləri darmadağınla qələbə qazanıblar - 4:0.

Qrupumuzdakı digər oyunda Çexiya Norveçə 2:1 qalib gəlib. San-Marino isə Almaniyaya 0:8 uduzub.

Bu nəticələrdən sonra Almaniya 12 xalla qrupun şəriksiz lideridir. 7 xallı Azərbaycan isə top fərqinə görə 2-ci pillədəki yerini 7 xal toplayan Şimali İrlandiyaya verib. Çexiya 5 xalla 4-cü, Norveç 3 xalla 5-ci, San-Marino isə xalsız qrupun sonuncusudur.

Mia.az