Bu gün günorta saatlarında "Salyan OİL” əməliyyat şirkətinin fəhləsi, 1989-cu il təvəllüdlü Salyan rayonunun Kürsəngi kənd sakini Daşdəmirov Eldəniz Cəmaləddin oğlu aldığı ağır xəsarətlər nəticəsində Salyan Mərkəzi Rayon Xəstəxanasına gətirilib.

Virtualaz.org saytının Şirvan bürosunun əldə etdiyi məlumata görə, həmkarları iş prosesində onun üzərinə dəmir boru düşdüyünü bildirblər.

Xəstəxandan verilən məlumata görə, Eldəniz Daşdəmirov ağır qapalı kəllə-beyin travması aldığından komatoz vəziyyətdədir.

Hazırda xəstəyə bütün mümkün tibbi yardımlar göstərilir.