Avropa Liqasının qrup mərhələsində IV turun oyunları çərçivəsində "Qarabağ” səfərdə Yunanıstanın PAOK komandasını məğlub edib.
Mia.az xəbər verir ki, rəqibinə 1:0 hesabı ilə qalib gələn "Qarabağ” qrupda ikinci yerə yüksəlib.
Bununla da "Qarabağ" Azərbaycan futbolu tarixində yeni rekordlara imza atıb. Ağdam təmsilçisi Avropa Liqasının qrup mərhələsində iki qələbə qazanan ilk komandamızdır.
Qrupun digər oyununda "Fiorentina” "Slovan”ı qəbul edib və 3:0 hesabı ilə qalib gəlib.