Bu gün Avropa Liqasının qrup mərhələsində IV turun oyunları keçirilib.

Mia.az xəbər verir ki, "Qəbələ" Bakıda Fransanın "Sent-Etyen” komandasını qəbul edib.

Oyunda hesabı Ruslan Qurbanov açsa da, fransızlar 45-ci dəqiqədə hesaba tarazlıq gətirib. 53-cü dəqiqədə isə Beriç fransızların qələbə qolunu vurub - 1:2

Bununla da komandamız xalsız qrupun sonuncu pilləsində qalıb.

Qeyd edək ki, bu gecə "Qarabağ” PAOK-la qarşılaşacaq.

Azərbaycanda daha bir maraqla izlənilən oyun isə "Fənərbaxça" ilə "Mançester Yunayted" qarşılaşması olub.

Bu oyunda türklər 2-1 qələbə qazanmaqla qrupdan hətta lider kimi çıxmaq şansını gücləndirib.