Kamran Ağayev millidən kənarlazdırıla bilər
Foqts "Xəzər Lənkəran"ın qapıçısını Aqil Məmmədovla əvəzləmək istəyir. Kamran Ağayev milli komandanın qarşıdakı toplanışından kənarda qala bilər. SPORMIKS xəbər verir ki, mövsüm başa çatandan sonra "Xəzər Lənkəran"ın qapıçısının əməliyyat olunması gözlənilir.
Əgər bu baş versə, Kamran toplanışa qatılmayacaq. Artıq baş məşqçi Berti Foqts Ağayevi əvəzləyəcək qolkiperi də müəyyənləşdirib. Kamran əməliyyat olunsa, toplanışa "Bakı"nın 21 yaşlı qapıçısı Aqil Məmmədov dəvət olunacaq.
Qeyd edək ki, yığmamız mayın 19-dan 22-dək Bakı şəhərində, mayın 23-dən iyunun 2-dək isə Avstriyanın Saynt Yohan şəhərində təlim-məşq toplanışında olacaq və iyunun 3-dən 5-dək Almaniyanın Frankfurt şəhərində tibbi müayinədən keçəcək. Təlim-məşq toplanışı çərçivəsində millimiz mayın 26-da Moldova, mayın 29-da Makedoniya, iyunun 2-də isə Honduras yığması ilə yoldaşlıq oyununda qüvvəsini sınayacaq.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11