Lənkəran şəhərində ilk dəfə beysbol yarışı keçirilib. Yarış ABŞ-ın ölkəmizdəki səfirliyi və bu ölkənin ?Sülh korpusu?nun təşkilatçılığı ilə baş tutub. Beysbol yarışında 8 rayonun 12-21 yaşlı gəncləri iştirak edib. Yarışı təşkil etmək məqsədilə Lənkəran şəhərinə ABŞ-dan lazımi ləvazimat da gətirilib. Xatırladaq ki, beysbol yarışı ölkəmizdə dördüncü ildir ki keçirilir.