Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov oktyabrın 27-də Tovuzda vətəndaşları qəbul edəcək.

Mia.az nazirliyə istinadən xəbər verir ki, qəbulda Tovuz, Şəmkir, Ağstafa və Qazax rayonlarında yaşayan vətəndaşlar iştirak edəcək. 

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün info@eco.gov.az və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanlarına, Tovuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə müraciət edə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 "Qaynar xətt”i ilə əlaqə saxlaya bilərlər.