Bu gün Çempionlar Liqasında qrup mərhələsinin üçüncü turunun oyunları keçirilib.
Mia.az xəbər verir ki, "Barselona" öz meydanında keçmiş baş məşqçisi Qvardiolanın çalışdırdığı "Mançester Siti”ni darmadağın edib - 4:0.
Türkiyənin turnirdəki yeganə təmsilçisi "Beşiktaş” isə çətin sınaqdan üzü ağ dönüb. Belə ki, İstnabul komandası İtaliyanın "Napoli” komandasını səfərdə 2-3 məğlub edib. Bu qrupda "Dinomo Kiyev" isə evində "Benifika"ya 2-0 məğlub olub.