Bu gün ?Trend? İnformasiya Agentliyinin konfrans zalında Kütləvi İnformasiya Vasitələri arasında keçirilən mini-futbol turnirinin qalibləri mukafatlandırılıb. Tədbirin təşkilatçısı ?Şərq? qəzetinin baş redaktoru Akif Aşırlı bildirib ki, bu turnir artıq 7 ildir keçirilir: ?Bu il turnirdə 7 komanda iştrak etdi. Turnirin baş sponsoru ?Akkord? Şirkətlər Qurupudur. Bu aksiyanın həyata keçirilməsində Bakı Dövlət Universiteti, Yeni Azərbaycan Partiyası və Prezident Administrasiyası böyük dəstək göstərdilər?. Yarışda 1-ci yeri AzTV, 2-ci yeri İTV, 3-cu yeri isə ?Space? TV tutub. ?525-ci qəzet?in baş redaktoru Rəşad Məcid bildirib ki, ?ilk olaraq 7 il bundan əvvəl belə bir fikir irəli sürüldü ki, KİV-lər arasında mini-fubol yarışları keçirilsin və o zaman Akif Aşırlı bu məhsuliyyəti öz üzərinə götürdü, indi isə uğurla davam etdirir?. Sonda qaliblərə kubok və hədiyyələr verilib. ?Ən yaxşı bombardir? mükafatına ?Space? TV-nin əməkdaşı Orxan Babayev, ?Ən yaxşı qapıçı? mükafatına AzTV-nin qapıçısı Ələddin Əliyev, ?Ən yaxşı hücumçu? mükafatına AzTV-nin əməkdaşı Samir Bayramov, ?Ən yaxşı müdafiəçi? mükafatına İTV-nin əməkdaşı Kamran Mehtiyev, ?Ən yaxşı yarımmüdafiəçi? mükafatına ?Şərq? qəzeti və ANS televiziyasının birləşmiş komandasının nümayəndəsi Kənan Muxtarov layiq görülüb. Birinci yerin qalibi AzTV-yə 1000 manat, ikinci yerin qalibi İTV-yə 500 manat, üçüncü yerin qalibi ?Space? TV-yə isə 300 manat pul mükafatı verilib. modern.az