Bu gün DÇ-2018-in seçmə mərhələsinin 3-cü turunda Azərbaycan millisi növbəti oyununa çıxıb.
Mia.az xəbər verir ki, millilərimiz səfərdə Çexiyanın qonağı olub və oyun çoxları üçün sürpriz sayılacaq nəticə ilə bitib - 0:0.
Çexiyadan bir xalla dönən millilərimiz bununla da məğlubiyyətsiz oyun seriyasını davam etdirmiş olub. Bu bərabərliklə komandamız 7 xalla qrupun 2-ci pilləsindəki mövqeyini möhkəmləndirib.
Allmaniya bu gün Şimali İrlandiyanı 2-0 məğlub etməklə 9 xalla qrupun lideridir.
3-cü pillədə isə 4 xalla Şimali İrlandiya, 4-cü yerdə isə 3 xalla Norveç, 5-ci yerdə 2 xalla Çexiya qərarlaşıb. San Marino isə xalsızdır.