Futbol üzrə qadınlardan ibarət yığma komandanın heyətinə cəlb olunmaq məqsədilə 1995-1999-cu illər təvəllüdlü, eləcə də digər yaş qruplarına aid olan qızlar üçün seleksiya günü keçiriləcək. Seleksiya mayın 9-da Olimpiya Yığmalarının Təlim-Məşq Mərkəzində aparılacaq. Seleksiyada iştirak etmək istəyənlər mayın 8-nə qədər qeydiyyatdan keçə bilərlər.