Azərbaycan milli komandası bu gün DÇ-2018-in seçmə mərhələsində ikinci oyununda da qələbə qazanıb.

Mia.az xəbər verir ki, millilərimiz Norveç komandasını 11-ci dəqiqədə Maksim Medvedevin vurduğu qolla məğlub edərək, tarixində ilkə imza atıb - 1:0.

Belə ki, tarixində ilk dəfədir komandamız ilk iki görüşündə maksimum nəticəni - 6 xalı toplayıb və oyun üstünlüyü ilə qrupda liderliyə yüksəlib.

Xatırladaq ki, bundan əvvəlki oyunda millilərimiz səfərdə San Marinonu 1-0 məğlub etmişdi.