Bu gün DÇ-2018-in Avropa zonası üzrə seçmə mərhələdə ikinci turun oyunlarına start verilib.
Mia.az xəbər verir ki, Azərbaycan azarkeşlərinin böyük maraqla izlədiyi Türkiyə milli komandası Andrey Şevçenkonun baş məşqçisi olduğu Urayna ilə üz-üzə gəlib.
Oyunun 1-ci hissəsinin 30-dəqiqəsindək 2-0 geriyə düşən Fatih Terimin komandası 1-ci hissəsinin sonlarındaOzan Tufanın qolu ilə fərqi azaldıblar - 1:2.
İkinci hissədə isə Hakanın penalti zərbəsi ilə hesaba tarazlıq gətirilib. Ancaq Türkiyə milliləri sona doğru basqılı oyunasa da, qələbə topunu vura bilməyiblər. Oyun 2:2 hesabı ilə bitib.
Bu bərabərlikdən sonra türklər Ukrayna ilə birlikdə hərəyə 2 xal toplamaqla, qrup cədvəlində 3-cü və 4-cü pillələri bölüşüblər. Bu gün Kosovanı 6-0 məğlub edən Xorvatiya qrupun liderliyinə yüksəlib. İkinci yerdə isə Finlandiyanı 3-2 məğlub edən İslandiya milliləri qərarlaşıblar.