Sosial Müdafiə Fondund mini-futbol turniri baza çatıb
Dövlət Sosial Müdafiə Fondunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə keçirilən mini-futbol turniri başa çatıb.
Fondun ictimaiyyətlə əlaqələr sektorundan Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Dövlət Sosial Müdafiə Fondunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə Fondun strukturlarının komandaları arasında keçirilən mini-futbol turniri başa çatıb. Mayın 4-də bu münasibətlə keçirilən tədbirdə cıxış edən DSMF sədri Səlim Müslümov bildirib ki, DSMF-də artıq neçə illərdir ki, ümummilli liderin doğum günü ərəfəsində müxtəlif kütləvi tədbirlər təşkil edilir. Bunlardan biri də mini-futbol turniridir. S.Müslümov əlavə edib ki, belə idman turnirləri gənclərin sağlam həyat tərzinə daim sadiq qalmalarında rol oynayır.
Daha sonra DSMF sədri S.Müslümov qalib komandaları təbrik edərək, onlara kubok və medalları təqdim edib.
Qeyd edək ki, DSMF-də ümummilli lider Heydər Əliyenin anadan olmasının 87-ci ildönümü münasibətilə şahmat turniri də keçirilir. Bu turnirin qalibəri isə həftənin sonuna kimi müəyyənləşəcəkdir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11