?Sərhədçi? İdman Olimpiya Mərkəzində keçirilən gənclər arasında dünya çempionatında 48 kq çəki dərəcəsində medal qazanan boksçuların mükafatlandırma mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, mərasimdə Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov və Beynəlxalq Həvəskar Boks Assosiasiyasının prezidenti Çinq Kuo Vu iştirak edib. Onlar bu çəkidə medal qazananlara, o cümlədən dünya çempionu olan boksçumuz Salman Əlizadəyə medal və xatirə hədiyyəsi təqdim ediblər.