"Neftçi"nin əvəzedici heyətinə yeni baş məşqçi təyin olunub. Klubun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, İqor Getman bu postda Nazim Əliyevi əvəz edib. Nazim Əliyevin istefasına səbəb kimi isə son iki oyundakı məğlubiyyətlər göstərilib. Xatırladaq ki, İqor Getman bunadək "Neftçi" uşaq-gənclər futbol məktəbində baş məşqçi funksiyasını yerinə yetirirdi. O, futbolçu karyerası ərzində Azərbaycanda yalnız ?Neftçi?nin şərəfini qoruyub.