Bir müddət öncə CBC kanalına müsahibə verdiyi üçün "Azəryol” klubunun baş məşqçi postundan qovulan Ziya Rəcəbov növbəti açıqlamasında klubdan təzminat alacağını, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdi. 

Dünya çempionu AzNews.az-a növbəti açıqlamasında isə hələ də klubdan təzminatının ödənilməsi ilə bağlı zəng gəlmədiyini və gözlədiyini deyib:

"Hələ indi komanda yığılmağa başlayıb. Direktor da yeni gəlib. Onlardan mənə hələ heç bir reaksiya gəlməyib. Pulu ödəyirlər ya yox, bu barədə heç nə demirlər. Gözləyirəm hələ ki...”

Həmçinin o məhkəməyə müraciət etmək fikrindən də daşınmadığını qeyd edib.

Qeyd edək ki, Rəcəbov 2011-ci ildə "Rabitə” ilə Azərbaycan Superliqasını və dünya çempionluğunu qazanıb.