Avropa Liqasının qrup mərhələsi çərçivəsində çıxış edən Azərbaycanın digər komandası "Qəbələ" bu gün Belçikada "Anderlext”lə qarşılaşıb.
Mia.az xəbər verir ki, bir neçə dəqiqə əvvəl bitən oyunda komandamız 14-cü dəqiqədə məğlub duruma düşüb. Teodorşuk hesabı açıb. Ancaq bu qoldan cəmi 6 dəqiqə sonra "Qəbələ" Dabonun qolu ilə oyundakı hesaba tarazlıq gətirib. 41-ci dəqiqədə isə komandamızın oyunçusu Rafael Santos avtoqola imza atıb - 2:1.
Oyunun 78-ci dəqiqəsində isə Diaqo Kapel ev sahiblərinin qələbəsini möhkəmləndirən son qolu da vurub - 3:1.
"Qəbələ"nin təmsil olunduğu qrupun digər oyunu isə "Maynz"la Fransanın "St.Etyen" komandaları arasında baş tutub və oyun 1-1 bitib.