Bakının "Neftçi” klubu uğursuz oyunları ilə bağlı artan ictimai təzyiqlər nəticəsində radikal addımlar atmağa başlayıb.
Mia.az klubun saytına istinadən xəbər verir ki, rəhbərlik Vəli Qasımovu əsas komandanın baş məşqçisi vəzifəsindən azad edib, Elnur Məmmədovu isə klubun icraçı direktoru vəzifəsindən kənarlaşdırılıb.
Bununla yanaşı, klubun icraçı direktorunun idman məsələləri üzrə müavini Mübariz Xudiyevin tutduğu post ixtisara salınıb, özü isə vəzifəsindən azad edilib.
Mia.az