Topaz Premyer Liqada IV turun oyunları davam edir.
Mövsümə uğursuz başlayan "Neftçi" öz meydanında "Qəbələ"ni qəbul edib. "Əlincə Arena”da keçirilən qarşılaşmada "Qəbələ" 8:0 hesabı ilə qalib gəlib.
Bununla da "Neftçi" SSRİ və Azərbaycan çempionatı tarixində ən böyük hesablı məğlubiyyətini yaşayıb.
Bundan əvvəl "Neftçi" cəmi 1 dəfə bu hesabla uduzub. Bu, UEFA kubokunda Polşanın "Vidzev" klubu ilə görüşdə baş verib.
Qeyd edək ki, turun digər iki oyunu sabah keçiriləcək.
Qol.az